AVRASİYA KLİNİKASI - "Avropa tərəqqisi - Asiya ənənəsi!". Ünvan: Bakı ş., Azadlıq pr. 189. Tel/Faks: (+994 12) 563 00 14; 563 00 24: 563 00 25
|
XƏBƏRLƏR BÖLMƏSİ:
Xidmətlərimiz haqqında:
Reklam:
|
Klinikamızda göstərilən
Estetik-kosmetoloji xidmətlər: ![]() Epilyasiya: Dəridə istənilməyən tüklərdən birdəfəlik azad olmanın ən yeni və güvənilir üsuludur. Müalicə zamanı hər xəstənin dəri rəngi, tükün rəngi, qalınlığı və yerləşdiyi nahiyəyə uyğun doza təyin olunur. Cihazın başlıqlarının soyudulma xüsusiyyəti sayəsində dərinin zədələnməsi və ağrı hissinin qarşısı alınır. Seanslar arası müddət üz nahiyəsində 4-6 həftə, bədən nahiyəsində 6-8 həftədir. Seans sayları üz nahiyəsində 5-8, bədən nahiyəsində 4-6 seansdır. Ləkələrin aradan qaldırılması: Bu aparat vasitəsilə həm anadangəlmə, həm də sonradan əmələ gələn ləkələr müalicə olunur. Ləkələrin əmələ gəlmə səbəblərindən və yerləşməsindən asılı olaraq 1-6 seans müalicə tələb olunur. Varis hemangioma - müalicəsi: Lazer şüası damar daxilində olan oksihemoqlobin maddəsi tərəfindən udulur və əmələ gətirdiyi istilik sayəsində damar büzüşüb qapanır. Bu müalicə metodu ayaqlarda, üzdə, yanaq və burun qanadlarında yerləşən mavi və qırmızı rəngli kapilyar tipli damarlara tətbiq edilir. Müalicə kursu 1-3 seans olmaqla 4-6 həftə aralıqla aparılır. Üz dərisinin cavanlaşdırılması: Lazerlə üz dərisinin cavanlaşdırılması estetik dermatologiyada yeni və müsbət nəticə verən bir üsuldur. Dərinin bu üsulla cavanlaşdırılması dəri altındakı kollageni artırma prinsipinə əsaslanır. Üz, boyun, dekolte və əllərdə yaşlanma izlərinin yox edilməsi üçün istifadə olunur. ![]() ![]() Sellülitin müalicəsi: LPG aparatı ilə sellülitin müalicəsi istənilən yaşlı qadın üçün tətbiq olunan bir antisellülit müalicə metodudur. Bu aparatın tətbiqi zamanı, qan və limfa dövranı normallaşaraq dəridəki portağal qabığı görünüşü aradan qalxır. Arıqlama: LPG aparatı vasitəsilə bədən ölçülərinin həm ümumi, həm də ayrı-ayrı nahiyələr üzrə incəlməsi mümkündür. Bundan əlavə digər üsullarla arıqlamadan sonra əmələ gələn dəri sallanmaları xüsusi proqram vasitəsilə aradan qaldırır. İnfra-qırmızı şüalarla bədən fiqurunun formaya salınması: Bu üsulla ac qalmadan artıq yağlardan tez və təmamilə azad olmaq mümkündür. Ən üstün özəlliyi istənilən bölgədə yağı parçalama funksiyasına malik olmasıdır. İnfra-qırmızı şüalar dərialtı toxumadan əzələyə ötürülərək burada əmələ gələn istilik sayəsində maddələr mübadiləsi sürətlənir və yağlar asanlıqla parçalanaraq orqanizmdən xaric olur. İlk seansda belə gözlə görünən nəticə əldə edilir. ![]() Bədən analizi: “Tanita” cihazı vasitəsilə bədənin hər nahiyəsində ayrı-ayrılıqda piy toxumasının, mayenin, sümük və əzələ toxumasının miqdarı, gündəlik kilokalori, sərf olunan enerji, maddələr mübadiləsinin gedişi təyin olunur. ![]() Akne müalicəsi - İlk növbədə xəstəyə dəri analizi aparılır və xəstənin yaşlı, dəri tipinə görə müalicə üsulu seçilir. Müalicənin məqsədi ləkə izləri qalmadan dərinin tam təmizlənməsidir. Üz mezoterapiyası - mezoterapiya dərinin kollagen və elastin sintezini aktivləşdirərək və hüceyrə metabolizmini artıraraq yaşlanmanın qarşısını alır, dəriyə mükəmməl bir təravət, parlaqlıq verir. Mezoterapiya vasitəsilə saç seyrəlmələri, saç tökülmələri ümumiyyətlə bütün növ allopesiyalar müalicə olunur. Liftinq növləri - müəyyən yaşdan sonra üzdə əmələ gələn qırışların və dəri sallanmasının qarşısı əl və aparatlar vasitəsilə aparılan massajlarla alınır. LPG aparatı vasitəsilə də üz dərisinin dartılması mümkündür. “AHA” pilinq - kimyəvi pilinqin bir növüdür. Bu pilinq zamanı dərinin epidermis adlanan üst təbəqəsi soyulur, dərinin regenerasiya funksiyası sayəsində daha parlaq, daha canlı və az qırışlı dəri əmələ gəlir. Quru dərilərdə, aknelərdə, ləkələrdə və incə qırışlarda tətbiq olunur.
1 Aprel 2009
Baxılıb:2679
| Daxili axtarış
Maraqlı səhifələr
|
|
(c) 2009 Viola MMC. Design by Oktay. mailto: designer@avrasiya.az |
|---|