AVRASİYA KLİNİKASI - "Avropa tərəqqisi - Asiya ənənəsi!". Ünvan: Bakı ş., Azadlıq pr. 189. Tel/Faks: (+994 12) 563 00 14; 563 00 24: 563 00 25

Reklam:

ÜRƏYİN ULTRASƏS MÜAYİNƏSİ (EXO-KQ)

ÜRƏYİN ULTRASƏS MÜAYİNƏSİ (EXO-KQ)

Exokardioqrafiya(ExoKQ) kardiovaskulyar anatomik strukturların ultrasəs müayinəsidir. Bu metod miokardın quruluşu, funksional vəziyyəti, ürəyin klapan apparatı, maqistral damarları, perikard vərəqələrini qiymətləndirməyə əsas verir. Müasir dövrdə rutin müayinə metodu olaraq , bir sıra kardioloji xəstəliklərdə (ürək qüsurları, kardiomiopatiyalar) əsas instrumental diaqnostik metoddur.

ExoKQ hansı sidromları öyrənməyə imkan verir:

- Sol və sağ mədəciklərin miokardının hipertrofiyaasını;
- Ürək kameralarının dilatasiyası(qulaqcıq və mədəciklərin);
- Qapaq zədələnmələrini(çatışmazləıq və ya stenoz);
- Anadangəlmə ürək qüsurlarının diaqnostikası;
- Qulaqcıq və mədəcikarası çəpərlərin defektlərini;
- Ürəyin sistolik və diastolik funksiyalarını;
- Seqmentar divar hərəkəti pozğunluqlarını(hipokinez ,akinez,diskinez);
- Perikard boşluğunda mayenin olmasını;
- Papilyar əzələlərin zədələnməsini;
- Aortanın genişlənməsini;
- Ağ ciyər arteriyasının hipertenziyasını;

Müasir Exo KQ apparatlarında aşağıdakı rejimlərin olması məcburidir:

- B-rejim
- M-rejim
- Puls Doppler(PW
- Fasiləsiz Doppler(CW)
- Rəngli Doppler(Color)
- Dəyişkən tezlikli sektoral ötürücünün olması(1.5-4 mHz)

Klinikamızda istifadə olunan GE (VIVID 3) apparatı bu təlabatların hamısına cavab verir. Xüsusilə onu qeyd etmək lazımdır ki,həm böyüklər(2-4mHz), həm də uşaqlar üçün xüsusi ötürücü (4-8 mHz) vardır.

4 Aprel 2009 Baxılıb:909
 

(c) 2009 Viola MMC. Design by Oktay. mailto: designer@avrasiya.az